Ölkə futbolu

“Xəzər Lənkəran” üçün bir gün- hədəf kubok

Premyer Liqanın XXV turunda “Qarabağ”la səfərdə qarşılaşan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.

İdmanxeber.com-un məlumatına görə, minimal hesablı məğlubiyyətlə başa çatan dünənki oyundan sonra komanda bir gün ərzində istirahət edəcək. Sabah, günün birinci yarısında tam heyətlə doğma şəhərdə bir araya gələcək komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununda martın 13-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək.(12cioyuncu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43