Premyer Liqa

“Xəzər Lənkəran” və “İnter”i gözləyən təhlükə

Bu gün keçiriləcək “Xəzər Lənkəran” – “İnter” matçından öncə Lənkərana yağış yağıb.

Hal-hazırda kəsən yağışın günorta yenidən yağma ehtimalı var. Hər halda sinoptiklərin verdiyi proqnoza inansaq, Cənub şəhərində yenidən yağış yağacaq və bu “Fırtınalar meydanı”nın o qədər də ideal olmayan ot örtüyünü daha da pis vəziyyətə salacaq.

Yağışın intensiv olacağı halda matçın təxirə salınması da istisna edilmir.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43