Ölkə futbolu

“Xəzər Lənkəran” və “Neftçi”nin sabiq futbolçusu özünə yeni klub tapdı

“Rəvan”dan ayrılan Rəşad Abdullayevin yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu AZAL-a keçib. O, yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb. Bundan əlavə, Abdullayev müqavilə ilə məxsus olduğu “Bakı” ilə də sözləşməsini pozub.

Qeyd edək ki, Rəşad əvvəllər “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qəbələ”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43