Ölkə futbolu

“Xəzər Lənkəran” və “Qarabağ” fərqi

Artıq Premyer Liqada qış fasiləsi start götürüb. Sizə 18 turluq ilk dövrədə qapılara vurulan qolların statistikasını təqdim edirik.

Geridə qalan 18 turda qapılara nə az, nə çox düz 212 qol vurulub. Bu qolların 107-si ilk, 105-i isə ikinci hissəyə təsadüf edir. 12-ci tur bolqollu olması ilə diqqət çəkir. Belə ki, bu turda futbolçular 22 dəfə rəqib qapıçıları məyus ediblər. Bunun əksinə olaraq 8-ci tur isə komandaların passivliyi ilə yadda qalıb. Belə ki, çərçivələrə cəmi 2 "mərmi" tuş gəlib. 

İlk hissədə ən çox qol 6-cı turda qeydə alınıb. Qapılara 12 qol vurulmuşdu. Ən az isə 8-ci turda yaddaşlaran həkk olunub – 1 qol. Ümumiyyətlə 12-ci turda keçirilən oyunların ikinci yarısında futbolçular daha aktiv olublar – 14 qol. Ən az isə yenə 8-ci turda, cəmisi 1 qol vurulmuşdu.

İlk dövrənin ən bolqollu oyunları 12 və 18-ci turlara təsadüf edir. 12-ci turda "Qarabağ" – "Qəbələ", 18-ci turda isə "Xəzər Lənkəran" – "Sumqayıt" oyunlarında qapılara 7 qol vurulmuşdu. Hər iki oyun 4:3 hesabı ilə meydan sahiblərinin xeyrinə bitmişdi. Hər iki oyun hələ ki, çempionatda ən çox qol qeydə alınan matçlardan ilk ikisidi.

Ramid Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43