Ölkə futbolu

“Xəzər Lənkəran” və “Qəbələ”nin sabiq futbolçusu karyerasını bitirdi

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Muammer Erdoğdu karyerasına son qoyub.

Bu haqda futbolçunun özü məlumat verib.

“Qəbələ”dən ayrılandan sonra futbol oynamıram. Heç indinin özündə də futbolla məşğul deyiləm və belə bir fikrim də yoxdu. Baxmayaraq ki, hələ 28 yaşım var. Düzdü, artıq çəki olmasın deyə, qaçıram. Amma futbol oynamaq istəmirəm və hazırda futboldan kənar sahədə çalışıram”

Məlumat üçün deyək ki, Muammer Erdoğdu ölkəmizdə “Qəbələ” ilə yanaşı, “Xəzər Lənkəran” və “Turan T” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43