Kateqoriyasız

“Xəzər Lənkəran” və “Rəvan” uduzdu, AZAL biabır oldu

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında III turun oyunları keçirilib.

Ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

“İnter” evdə AZAL-ı 7:0, “Qarabağ” isə “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib. Doğma meydanda “Rəvan”la qarşılaşan “Bakı” mövsümdə ilk qələbəsini qazanıb – 1:0.


17 avqust

“İnter” – AZAL – 7:0
Qollar:
 İlkin Sadıqov, 20; Coşqun Diniyev, 32; Mirsahib Abbasov, 39; Nurxan Mənsimzadə, 43; Ramil Mansurov, 60; 75; 81)

“Qarabağ” – “Xəzər Lənkəran” – 2:0
Qollar:
 Tural İsgəndərov, 45; 85

“Bakı” – “Rəvan” – 1:0
Qol:
 Raul Yaqubzadə, 73


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43