30 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” xaricdə axtardığını daxildə tapdı

“Xəzər Lənkəran” qapıçı problemini də həll etmək üzrədi.

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisi milli komandamızın və “Qəbələ” klubunun qapıçısı Anar Nəzirovu heyətinə cəlb etməyə yaxındır. 

Kamran Ağayevin gəlişindən sonra “kölgə”də qalan Nəzirovun “Qəbələ” ilə hələ 6 aylıq müqaviləsi var. Əgər əyalət klubu Nəzirovun transferinə icazə versə o zaman 28 yaşlı qolkiper yeni mövsümdən etibartən “ağ-yaşıllar”ın uğurları üçün çalışacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43