Kateqoriyasız

“Xəzər Lənkəran” xorvatiyalı hücumçu transfer edir

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının düşərgəsinə yeni futbolçu qoşulacaq. Bu xovratiyalı Ante Mitroviçdi. 27 yaşlı hücumçunun son klubu Sloveniya təmsilçisi “Zavrç” olub. Mitroviç “ağ-yaşıllar”ın düşərgəsinə iyulun 4-də qoşulacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” yay fasiləsində bu vaxta qədər Ruslan Abışov, Vüqar Nadirov, Vaqif Cavadov və Rəşad Eyyubovla güclənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43