Ölkə futbolu

“Xəzər Lənkəran” yaşaya bilər! (ÖZƏL)

Xəbər verdiyimiz kimi, ötən gün “Xəzər Lənkəran” klubu bəyanat yayaraq əsas komandasının fəaliyyətini dayandırdığını rəsmən ictimaiyyətə açıqlayıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Lənkəranın futbolsuz qalması bu şəhərin futbolsevər sakinlərinin hiddətinə səbəb olub. Məhz buna görə də, cənub zonasının ziyalıları imza toplayaraq ölkə prezidenti İlham Əliyevə müraciət etməyə hazırlaşırlar. Çox güman ki, yaxın bir həftə ərzində Lənkəran şəhərinin ziyalıları, eləcə də yüksək vəzifələrdə çalışan sakinləri ölkə başçısına rəsmən müraciət edərək “Xəzər Lənkəran”ın fəaliyyətini davam etdirməsində köməklik göstərməsini xahiş edəcəklər.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2015-2016 mövsümünü sonuncu pillədə bitirdiyindən və lisenziya ala bilməməsi səbəbindən Premyer Liqada iştirakdan məhrum edilib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43