Kateqoriyasız

“Xəzər Lənkəran” yayı gözləyir: Cənub komandası böyük iddia ilə qayıdır

Qış transfer pəncərəsində heyətində köklü dəyişikliklər edərək bir çox aparıcı futbolçuları ilə yollarını ayıran və həmin gündən də özünə gələ bilməyən “Xəzər Lənkəran” yayı gözləyir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubu yayda bir neçə transfer həyata keçirəcək. Hüseyn Cəbrayıloğlu saytımıza bildirib ki, yay transfer dönəmində bir neçə yeni legioner komandaya qoşulacaq. “Xəzər Lənkəran”da bütün mövqelərə oyunçu alınması gözlənilir. “Ağ-yaşıllar” sadəcə qapıçı mövqeyinə transfer həyata keçirməyəcək. Komanda rəhbərliyi təcrübəli Tomiçdən razıdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43