Premyer Liqa

“Xəzər Lənkəran” yenə xal itirdi – YENİLƏNİB

66. Sakkonin əvəzinə meydana Mbilla çıxır.Bu gün Premyer Liqanın IX turunda "Xəzər Lənkəran" səfərdə "Rəvan"ın qonağı olacaq.

"Bayıl Arena"da keçiriləcək oyun heç bir televiziya kanalı vasitəsilə canlı yayımlanmayacaq. Futbolsevərlər bu matçı saytımızdan onlayn variantda baxa bilərlər.

 

18:00. “Rəvan” – “Xəzər Lənkəran” 1:1
QOL:
Sakankulov, 18 Nildo, 75

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Zeynal Zeynalov, Mahir Məmmədov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

“Bayıl Arena” stadionu

“Rəvan”: 1. Lukaş Sapela, 9. Elnur Abdulov, 10. Sebastyan Kastro-Tello, 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 23. Kristian Torres

“Xəzər Lənkəran”: 33. Duqlas Leyta, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 22. Deivid Sakkoni, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 21. Radomir Todorov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə

OYUN BAŞLADI

İlk dəqiqələrdən XL rəqibə pressinq edir. Nildo şansı boşa verir

5.Elnur Abdullayevin uzaqdan zərbəsini Sapela zərərsizləşdirir.

7. Sakkoni cərimə zərbəsindən güclü zərbə endirsə də, Sapela yenə keçilməz olur.

10. Nildo rəqib futbolçudan topu oğurlayıb, qapıya zərbə endirdi. Ancaq "Rəvan"ın qapıçısı səhvsiz oynadı.

13. "Rəvan"ın 33 nömrəsi Nildoya qarşı kobud oynadı və sarı kartla cəzalandırılır.

14. Miloş Adamoviçin zərbəsi qeyri-dəqiq olur.

16. "Rəvan" hesabı açmağa yaxın idi. Duqlas Leyta topu çıxartmağa müvəffəq olur.

18. Qolll. Rəvan hesabı açdı. Savankulov fərqləndi.

24. Nildonun başla zərbəsi zəif olur.

26. Skarlatakenin asması təhlükəli alınır.

26. Rahidin zərbəsi təhlükəli alınır.

28. XL qol vurursa da, ofsayd olduğundan hesaba alınmır.

29. Miloş Adamoviç sarı vərəqə ilə cəzalandırır.

32. Cəmşid Məhərrəmov sarı vərəqə alır.

32.  Zohair Benouahi qol fürsətindən istifadə edə bilmədi

41. Skarduelli cərimə zərbəsindan az qala qol vuracaqdı.

44. Benuahi yüz faizlik epizodu boşa verir.

İlk hissəyə 1 dəq. əlavə olunur.

"Bayıl Arena"da gərginlik. Sakkoninin zərbəsi boşa çıxır. XL  futbolçuları hakimə kəskin etiraz edirlər ki, həmin anda top "Rəva"nın futbolçusunun əlinə dəyib.

FASİLƏ

İKİNCİ HİSSƏ BAŞLADI

Tounkara Benuahinin yerinə meydan çıxır

47. Nildo qapı üzərinə edilən asmadan sonra başla zərbə endirir, ancaq Sapela yerindədi
Mbilla isinmə hərəkətləri edir.

49. Rəvan cərimə zərbəsi yerinə yetirəcək..

52. XL hesabı bərabərləşdirməyə yaxın oldu. Sakkoninin güclü zərbəsini Sapela dəf etdi.

53. Nildonun zərbəsi dirəyə dəyir.

58. Leyte Vareanin zərbəsinı çətinliklə qaytarır.

63. İvan Pexa Nildoya qarşı kobud oynayır və sarı vərəqə alır.

64. XL yüz faizlik epizodu Ağabala Ramazanovla qaçırdır.

65. Sakkoni sarı vərəqə ilə cəzalandırılır.

66. Sakkonin əvəzinə meydana Mbilla çıxır.

69. Nildo qapıçıyla təkbətək çıxıb onu aldatsa da, boş qapıya endirilən zərbəni Novruz Məmmədov qapı xəttinin üzərındən çıxardır.

71. Nildo daha bir imkanı boşa verir.

75. Qolll. Nildo hesabı bərabərləşdirdi

76. Nildo az qala komandasını hesabda önə keçirəcəkdi. Onun başla vurduğu zərbə qapının üstündən keçir.

 79. Rəvan az qala hesabda yenidən irəli keçəcəkdi. Rəşad Abdullayevin cərimə zərbəsindən vurduğu topu Leyte qaytarır.

82. Rahidin zərbəsi zəif olur.

84. Tounkara ilə az qala qələbə topunu vuracaqdı. Son anda top "Rəvan"ın futbolçusuna dəyir.

86. Mbilla yüz faizlik epizodu boşa verir.

MAÇT BAŞA ÇATDI


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43