Kateqoriyasız

“Xəzər Lənkəran” yoxlama oyunu keçirəcək

Milli komandaların qarşıdakı seçmə mərhələdə keçirəcəyi oyunlarla bağlı Premyer Liqada verilən fasilə müddətində “Xəzər Lənkəran”  hazırlığını Lənkəranda davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son dörd  günü gün ərzində iki məşq olmaqla hazırlığını Lənkərandakı bazasında keçirir. Məşqlərdə milli komandaların düşərgəsinə çağrılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir.

Sabah bir məşqlə hazırlığı tamamlayan komanda sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43