Ölkə futbolu

“Xəzər Lənkəran” yoxlama oyunu keçirəcək

Qəbələdə təlim-məşq toplanışını başa vuran "Xəzər Lənkəran" istirahətə çəkilib.

Klub sentyabrın 9-da Lənkəranda bir araya gələcək.

Cənub təmsilçisinin fiziki hazırlıq üzrə yeni məşqçisi Covanni Melkiore sentyabrın 9-da Lənkəranda olacaq və məşqlərin keçirilməsində iştirak edəcək.

Ayın 11-də isə "Xəzər Lənkəran" əvəzecidi komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Oyunun saat 18:00-da stadionun ehtiyat meyançasında keçiriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43