Ölkə futbolu

“Xəzər Lənkəran” yubiley müsabiqəsinə start verdi

“Xəzər Lənkəran” Futbol Klubunun yaranmasının 10 illik yubileyi ilə əlaqədar marş və mahnı müsabiqəsinə start verilib. Müsabiqənin formatı aşağıdakı şəkildədir:

1. Müsabiqədə iştirak etmək üçün  peşəkar musiqi fəaliyyəti ilə məşğul olmaq şərtdir;

2.  Müsabiqə  2014-cü ilin fevral ayının ilk həftəsindən başlayıb 2014-cü ilin may ayının 5-də yekunlaşacaq;

3.Müsabiqədə iştirak edənlər təqdim etdikləri marş və ya mahnını  tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etmələri xahiş olunur;

4. Müsabiqədə “Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnıların qalibləri:

– I yer – 5000 manat

– II yer – 3000 manat

– III yer – 1000 manat olmaqla mükafatlandırılacaqlar.

(Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43