Premyer Liqa

“Xəzər Lənkəran”a bəd xəbər

Premyer Liqanın 17-ci turunda doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" bir futbolçusundan məhrum olub.

Belə ki, komandanın kapitanı Rahid Əmirquliyev oyunun 70-ci dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, futbolçu növbəti turda "Sumqayıt"la oyunda komandasına kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43