Ölkə futbolu

“Xəzər Lənkəran”a sürpriz – FOTOLAR

Bu gün günorta yeməyindən sonra “Xəzər Lənkəran”ın futbolçuları və məşqçilər korpusu Lənkəranda yerləşən “Panço” şirniyyat evində olublar. Klubun saytına istinadən verdiyimiz məlumata görə, adıçəkilən müəissə kollektivinin “Xəzər Lənkəran”ı Azərbaycan Super Kubokunu qazanması münasibətilə dəvətini qəbul edən komanda şirniyyat masası arxasında oturub.

Öncə Azərbaycan Super Kubokunun əksi olan böyük tortu kapitan Rahid Əmirquliyev alqışlar altında kəsib. 40 dəqiqə müddətində davam edən görüşdə “Panço” şirniyyat evinin kollektivi komandanı müxtəlif şirniyyatlara qonaq edib və “Xəzər Lənkəran”ın uğurundan fərəhləndiklərini bildirirək komandaya qarşıdakı oyunlarda da uğurlar diləyiblər.

Daha sonra “Xəzər Lənkəran”ın futbolçuları Heydər Əliyev mərkəzində olaraq Ulu Öndərin həyatını əks etdirən muzeylə tanış olublar. Futbolçulara Heydər Əliyev muzeyindəki eksponatlar haqqında geniş məlumat verilib







İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43