Ölkə futbolu

“Xəzər Lənkəran”da 4 futbolçu əsas heyətdən kənarlaşdırıldı

Bir həftəlik istirahəti başa vuran “Xəzər Lənkəran” martın ötən gün Lənkəranda toplanıb. 

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” saat 17:00-da məşqə çıxıb.

Bununla da komanda 3-cü dövrənin son matçının hazırlığına start verib. Millinin düşərgələrində olan futbolçulardan başqa, bütün komanda üzvlərinin qatıldığı və bir saat davam edən məşqdən öncə isə klubdaxili toplantı keçirilib. Toplantıda müzakirələr sonrası baş məşçinin istəyinə uyğun əsas heyətin 4-üzvünün cəzalanması ilə bağlı qərar qəbul olunub. Belə ki, Nurxan Məsimzadə, Elsəvər Bəşirzadə, İlqar Ələkbərov və Anar Babazadə əsas heyətdən uzaqlaşdırılıblar.

Xatrladaq ki, “Xəzər Lənkəran” aprel ayının 1-də doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

(12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43