Ölkə futbolu

“Xəzər Lənkəran”da belə durum olmamışdı

"Xəzər Lənkəran" "Araz Naxçıvan"la oyundan sonra Bakıya gəlib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, komanda həftəsonu "Sumqayıt"la səfərdə keçirəcəyi matç öncəsi zədəli futbolçularından şad xəbər alıb.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada bunları deyib:

"Rasim Ramaldanov və Skarlatake zədəsini sağaldıb. Hər iki futbolçu "Sumqayıt"la matçda meydana çıxa bilər. Bundan əlavə Slavik Alxasovun da durumu normaldı. Düzdü, hələ onun yüngül zədəsi qalır, ancaq adıçəkilən hər üç oyunçu bazar günü baş tutacaq oyunda meydana çıxa bilər. Cəzalı futbolçumuz isə yoxdu".

Qeyd edək ki, mövsümün startından bu yana ilk dəfədir XL-də nə cəzalı, nə də zədəli futbolçu var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43