Ölkə futbolu

“Xəzər Lənkəran”da braziliyalı qapıçı

Bu gündən Antalyanın Bələk bölgəsində qış hazırlıqlarına başlayan “Xəzər Lənkəran”ın düşərgəsinə daha iki futbolçu gələcək. Ağ-yaşıllar”ın sıralarına qoşulacaq futbolçulardan biri yerli, digər isə əcnəbidir.

Belə ki, Duqlas Leytenin gedişindən sonra Orxan Sadıqlının ümidinə qalan cənub təmsilçisinə yenə braziliyalı qapıçı gəlir.

Klubun seleksiyaçı məşqçisi Mario Souza yaxın günlərdə komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinə hələlik adı açıqlanmayan qolkiperlə gələcək. Yerli futbolçu isə “Sumqayıt”ın futbolçusu Orxan Əliyevdir.

Yeri gəlmişkən, yenidən “ağ-yaşıllar”a qayıdacağı gözlənilən Elnur Allahverdiyev isə komanda ilə birgə toplanışa gəlməyib. Millimizin müdafiəçisi karyerasını “Qəbələ”də davam etdirmək fikrindədir.

Qeyd edək ki, “Xəzər Lənkəran” təxminən 1 saatdan sonra Antalyada ilk məşqinə çıxacaq. (apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43