Ölkə futbolu

“Xəzər Lənkəran”da çərçivə problemi davam edir

“Xəzər Lənkəran” Premyer Liqanın növbəti turuna hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə,  11-ci turda öz meydanında "Simurq"u qəbul edəcək "ağ yaşıllar"ın əsas qapıçısı Cahangir Həsənzadə zədə səbəbindən bu görüşü də buraxmalı olacaq. Onun yerinə isə qapını Orxan Sadıqlı qoruyacaq. Bundan başqa zədəli olan Uğur Pamuk və  Ağabala Ramazanov da bu görüşdə forma geyməyəcəklər.

“Xəzər Lənkəran” – "Smiurq" matçı 2 Noyabr saat 17:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43