Maqazin

“Xəzər Lənkəran”da əlamətdar gün

Bu gün “Xəzər Lənkəran” Futbol Klubunun idman direktoru Yunis Hüseynovun 50 yaşı tamam olur. Keçmiş Sovet İttifaqı dönəmində gözəl oyunu ilə daima seçilən əfsanəvi futbolçu iki dəfə müstəqil Azərbaycanın “Ən yaxşı futbolçu” tituluna layiq görülüb. Karyerasını başa vurduqdan sonra baş məşqçisi olduğu Yevlaxın “Karvan” klubu ilə Avropa miqyaslı turnirlərdə mərhələ adlayan ilk mütəxəssis kimi tarixə düşən Yunis Hüseynov 2012-ci ildə “Xəzər Lənkəran”ı çalışdırarkən də klubun tarixində Avroliqa turniri çərçivəsində ilk mərhələ adlayan baş məşqçi kimi uğurunu təkrarlayır.

İdmanxeber.com kollektivi Yunis Hüseynovu 50 yaşının tamam olması münasibətilə təbrik edir, ona bundan sonrakı karyerasında uğurlar arzulayaraq müffəvəqiyyətlər və can sağlığı diləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43