Ölkə futbolu

“Xəzər Lənkəran”da əsas problemin müzakirəsi gedir

Sloveniyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” transfer çalışmalarına da ara vermir.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsümə iddialı hazırlaşan komanda əsas problemi olan qapıçı məsələsini də həll etmək üzrədi.

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, siyahıda olan namizədlər müzakirə olunur. Əgər klubun bəyəndiyi hər hansı bir qolkiper olacağı təqdirdə, “ağ-yaşıllar” həmin qapıçı ilə müqavilə imzalayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43