Ölkə futbolu

“Xəzər Lənkəran”da gərgin günlər: Mustafa Dənizlinin “qara siyahı”sı hazırdı

Premyer Liqanın ardınca kuibokda da şansını itirmək üzrə olan “Xəzər Lənkəran”da yayda islahatlar qaçılmaz olacaq.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, bu il 10 yaşını qeyd edən komandanın avrokuboklara getməsi üçün kuboku qazanması şərt idi. Lakin “Qəbələ”yə səfərdə darmadağın olan komandanın (0:3) Avroliqada çıxış etməsi üçün əlinə düşən son fürsəti də beləcə yoxa çıxır.

Qış transfer pəncərəsində heyətə qatdığı futbolçuların heç birindən xeyir görməyən Mustafa Dənizli rəhbərliyin güvənini itirmək üzərdi. Türkiyəli çalışdırıcı ona yaradılan şərait, yüksək məvacib, “premya”lar, istənilən transferin həyata keçirilməsi kimi fürsətlərindən istifadə etsə də, nəticə göz qabağındadı. 

Məhz buna görə də, Cənub klubunun rəhbərliyi “Qəbələ” səddi keçilməyəcəyi halda, azı 5-6 futbolçunu komandadan göndərməyi planlaşdırır. Lakin bu futbolçuların kimliyi hələ ki, mətbuata açıqlanmır. 

Adlar mətbuata açıqlanmasa da, mövsüm boyu heç nə ilə yadda qalmayan Qliqorov, Alvaro Silva, Tomiç, Nildo, Blajevskinin yayda Cənub klubundan ayrılma ehtimalı yüksəkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43