Ölkə futbolu

“Xəzər Lənkəran”da gərginlik son həddə çatdı: cərimələr başladı, qovulan ola bilər!

Yeni mövsümün startından bu yana geridə qalan 5 turda qələbə qazana bilməyən "Xəzər Lənkəran"da gərginlik yaşanır.

İdmanxeber.com-un xəbərinə görə, bu il 10 illiyini qeyd edən klub geridə qalan 5 turda cəmi 3 xal qazana bilib. Cənub klubu itirilən 12 xalın acığını futbolçuları cərimələməklə çıxacaq. Belə ki, "ağ-yaşıllar"ın oyunçularına pul cəzası kəsilib. Məbləği dəqiqləşdirə bilməsək də, bütün komandaya sonuncu xəbərdarlıqın edildiyi deyilir.

Bundan əlavə "Xəzər Lənkəran"ın futbolçusu Elnur Allahverdiyevin zəif çıxışı klub rəsmilərini düşündürməyə bilməz. Təcrübəli futbolçu qarşıdakı turlarda da bu cür çıxış edəcəyi halda, əvəzedici heyətə göndəriləcəyi haqda informasiya dolaşır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43