Ölkə futbolu

“Xəzər Lənkəran”da gözlənilən iclas baş tutdu: Əmirquliyev və Sadiqov Mənsimova söz verdilər

“Xəzər Lənkəran”da gözlənilən iclas baş tutub.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubunun prezidenti bu gün komandayla birgə iclas keçirdib. Klubun mövsümün startından bu yana 3 oyunda cəmi bir xal toplaması və digər problemlər müzakirə olunub.

İclasda futbolçular Mənsimova hər hansı bir problemlərinin olmadıqlarını və qarşıdakı matçlrda dönüş edəcəklərinə dair söz veriblər. Komadanın aparızı üzvləri – Rəşad Sadiqov və Rahid Əmirquliyev bütün futbolçular adından M.Mənsimova növbəti matçlarda dönüş edəcəklərinə dair söz veriblər.

Bir saatdan çox davam edən iclas az öncə yekunlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43