Ölkə futbolu

“Xəzər Lənkəran”da hərəkətli günlər başladı: Bir həftəyə “hə”si alınmalı olan futbolçular

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Oğuz Çətin Rauf Əliyev və Rəşad Sadiqovun transferi üçün rəhbərliyə dünən də göstəriş verib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, türkiyəli mütəxəssis yeni mövsümdən iddiasını ortaya qoymağa çalışacaq Cənub klubunun uğur əldə etməsi üçün bu transferlərin mümkünlüyünü bildirib. Düzdü Rauf Əliyev XL-dən hər hansı rəsmi təklif almadığını və "Bakı"da qalmasını bildirib. Lakin "zolaqlılar"da son dönəmdə baş verən məlum hadisələr Əliyevi Lənkəran variantına isti baxmağa vadar edir. Rəşad Sadiqov transferi isə Cənub klubunun futbolçuya təklif edəcəyi puldan asılıdı.

"İnter"dən Vaqif Cavadov transferi isə böyük ölçüdə həll olunub. Sadəcə xırda detallar bu keçidin baş tutmasına mane olur ki, qarşıdakı günlərdə də rəhbərlik bu məsələni yoluna qoymağa çalışacaq.

Transferlər üçün yenidən kisənin ağzını əməlli-başlı açan "ağ-yaşıllar" baş tutması vacib olan hər bir keçid üçün lazım olan vəsaiti ödəməyə hazırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43