Ölkə futbolu

“Xəzər Lənkəran”da istefalar olacaqmı? – RƏSMİ

Bir müddətdir ki, mətbuatda  "Xəzər Lənkəran"da istefaların olacağı xəbərləri yayılmışdı. Klub daxilində bir neçə şəxsin istefaya göndəriləcəyi söylənilirdi.

Bu məsələyə aydınlaşdırmaq üçün Lənkəran təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi idmanxeber.com-a açıqlamasında onlara belə bir məlumatın daxil olmadığını bildirdi:

"Bizə bu barədə heç bir məlumat daxil olmayib. Yayılan xəbərlər doğru deyil".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43