Kateqoriyasız

“Xəzər Lənkəran”da maaş problemi yoxdu!

“Xəzər Lənkəran”da futbolçuların maaşlarının verilməməsi ilə bağlı yayılan xəbərlər klubu ayağa qaldırıb.

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisi yayılan iddiaları əsassız sayır.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idman mətbuatını diqqətli olmağa çağırıb:

“Bəzi KİV -də komandamızda sanki mənfi aura yaranıb imici formalaşdırılmağa çalışılır. Bu da bizim haqlı narazıçılığımıza səbəb olur. Biz klub olaraq bütün KİV-dən son dərəcədə diqqətli olmağı, qələmə alınan yazıların dəqiqliyinə fikir verməyi xahiş edirik. Qeyd edilir ki, guya 3 futbolçudan başqa heç kimin maaşı ödənilməyib. Xəzər Lənkəran həvəskar komanda deyil ki, belə qeyri – peşəkarlığa yol verə. Bildirmək istəyirik ki, klubda bütün futbolçuların maaşları dekabrın 6-da ödənilib və heç bir futbolçuya klubun borcu yoxdur.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43