Ölkə futbolu

“Xəzər Lənkəran”da növbəti ayrılıq: Braziliyalı oyunçu gedir, klub təkzib edir

Con Benjamin Toşakla yollarını ayıran “Xəzər Lənkəran”da növbəti ayrılıq reallaşmaq üzrədi.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun yay transfer pəncərəsində heyətinə qatdığı Duqlas Leyte komandadan ayrılacaq. Düzdü klub bunu təkzib edir, ancaq Leytenin gedişi üçün demək olar ki, sayılı günlər qalıb.

Bu haqa Leyte mətbuata özü açıqlama verib. O, ölkəsinin “Quarani” klubu ilə müqavilə imzalayacaq.

“Quarani”yə qayıdacağım üçün sevinirəm. Klub prezidenti ilə söhbətimiz olub. Biz bir yerdə komandanı yuxarı dəstəyə qaldıracağıq”.

Qeyd edək ki, “Quarani” cari mövsümdə Braziliyanın C Seriyasında mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43