Ölkə futbolu

“Xəzər Lənkəran”da növbəti gediş: bu dəfə Dənizlidən fərqli, 24 saat daha gec

"Xəzər Lənkəran"ın Mustafa Dənizli ilə yollarını ayırdığını sizə xəbər vermişdik.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub klubu Dənizlinin köməkçisi Oğuz Çətinlə də yolları ayıracaq. Lakin Dənizlidən fərqli Oğuz Çətin sabah komandanı "Qarabağ"la oyuna çıxardıqdan sonra Azərbaycanı tərk edəcək.

Qeyd edık ki, "Xəzər Lənkəran" – "Qarabağ" matçı sabah saat 19:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43