Ölkə futbolu

“Xəzər Lənkəran”da növbəti imza – ÖZƏL

“Xəzər Lənkəran”dan gedəcəyi gözlənilən Nikolo Qliqorov Cənub klubu ilə yeni müqavilə imzalayacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubu makedoniyalı dayaq yarımmüdafiəçisini heç yerə buraxmaq niyyətində deyil. Artıq futbolçu ilə razılığa gəlinib. 

Qliqorov qarşıdakı mövsümdə də “Xəzər Lənkəran”da olacaq. Onunla 1 illik müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43