Uuzun müddətdir ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyan Rahid Əmirquliyevin Cənub klubu yayda başa çatacaq müqaviləsini yeniləyib-yeniəməyəcəyi sual olaraq qalırdı.
İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar”ın ən ödənişli futbolçusu olan Əmirquliyev daha iki il “Xəzər Lənkəran”ın heyətindəı top qovacaq. 2006-cı ildən bu yana bu komandada 150-dən artıq matç keçirən kapitan kulubu ilə yeni 2 illik müqaviləı imzalayıb.