30 Sentyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da problem üstünə problem

Sloveniyada təlim-məşq toplantısını davam etdirən “Xəzər Lənkəran” yaxın günlərdə qapıçı problemini həll edəcək.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “ağ-yaşılar”ın əsas problemlərindən biri bu yaxınlarda həllini tapmalıdı. Məsələ burasındadır ki, Oğuz Çətin artıq qapıçı məsələsində seçimini edib. Ancaq hələ ki, ad açıqlanmır.

Bundan əlavə komandada daha bir problemi hazırda qapıçı məşqçisi olmamasıdır. Belə ki, heyətdə yer alan iki qapıçı Orxan Sadıqlı və Tərlan Qasımzadə bir-birlərinə məşq keçir. Bu məsələnin də bu həftəiçi həll olunacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43