Kateqoriyasız

“Xəzər Lənkəran”da qalacaq futbolçular məlumdur

Son günlərdə bir çox futbolçu ilə yollarını ayıran "Xəzər Lənkəran" klubunda qalacaq olan futbolçuların adına aydınlıq gəlib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, legionerlərdən Sadio Tounkara, Alfred Sanko və Vyekoslav Tomiç komanda ilə yoluna davam edəcək. Yerli futbolçulardan isə Rahid Əmirquliyev, Ağabala Ramazanov və Tural Cəlilov komanda qalacaq. Digər futbolçulara isə azad agent statusu veriləcək. Bundan sonra komandaya əvəzedici heyətin gutbolçuları cəlb olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43