Ölkə futbolu

“Xəzər Lənkəran”da Skarlatake mövzusu qapandı – AÇIQLAMA

“Xəzər Lənkəran”ın Skarlatake ilə apardığı danışıqlar müsbət sonuclanmayıb.

İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Skarlatake mövzusunun artıq bağlandığını bildirib:

“Bu mövzu qapandı. Skarlatakenin transfer vərəqəsini vermişik. Artıq o hansı komandada istəsə çıxış edə bilər. Çünki transfer vərəqəsi özündədi. Gəncləşdirmə siyasəti apardığımızı ona bildirdik və göstərdiyi xidmətlərə görə təşəkkür etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43