Ölkə futbolu

“Xəzər Lənkəran”da təmizləmə işləri başladı: Dənizli daha iki futbolçunu “qara siyahı”ya saldı – ÖZƏL

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli heyətdə təmizləmə işlərinə başlayıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Cənub klubunun türkiyəli baş məşqçisi "Xəzər Lənkəran"ın bu mövsüm boyu keçirdiyi oyunların videoyazısına baxıb, eləcə də özünün debüt etdiyi "Neftçala" ilə kubok və "İnter"lə Premyer Liqa matçından sonra Junior Nildo və Zouahir Benuahini "qara siyahı"sına salıb.

AZAL-dan böyük ümidlərlə transfer olunan legionerlər qış fasiləsində komandadan göndəriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43