Ölkə futbolu

“Xəzər Lənkəran”da üzlər gülür

“Xəzər Lənkəran” Premyer Liqanın VIII turu çərçivəsində qarşılaşacağı “Bakı” önünə itkisiz çıxa bilər.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran təmsilçisinin heyətində Əfran İsmaylov, Orxan Sadıqlı və Alfred Sanko bir müddət idi ki, zədəli idi. Lakin adı çəkilən futbolçular “Bakı” ilə matça qədər hazır olacaqlar.

Oğuz Çətin şans verəcəyi təqdirdə hər üç oyunçunu meydanda görə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43