08 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”da yeni qayda

Premyer Liqanın VII turu çərçivsəində “Qəbələ” klubu ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” istirahətə çəkilib. Cənub təmsilçisi sentyabrın 26-da məşq etməyib. Son günlərin ağır məşqləri fonunda futbolçuların həm fiziki cəhətdən kifayət qədər çox yüklənməsi, həm də komanda üzvləri arasında zədələrə yola açan ümumi yorğunluq, məşqçilər korpusunu istirahətə çəkilmək barədə qərar verməyə məcbur edib. Üstəlik sabah Bakıdan Qəbələyə qədər yol qət edilməsi və oyunöncəsi son məşqin keçirilməsi də həmin qərarın verilməsində önəmli rol oynayıb.

Beləliklə, “Xəzər Lənkəran” dünən istirahət edərək bu gün səhər saatlarında Qəbələyə yola düşəcək. Şimal şəhərinə çatdıqdan sonra “Qafqaz Resort” otelində məskunlaşacaq komanda saat 19:00-da Qəbələ şəhər stadionunda matçöncəsi son hazırlığına çıxacaq.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43