Ölkə futbolu

“Xəzər Lənkəran”da zədə epidemiyası: Müdafiə “iynələnəcək”

“Xəzər Lənkəran” “Qəbələ”ylə matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub şəhərinin təmsilçisinin son məşqində Tural Cəlilov və Adrian Pit fərdi məşqlə kifayətləniblər. Bundan əlavə Tyaqo da qaçışla məşqi bitirib.

Komandanın aparıcı üzvlkərindən olan Adrian Skarlatake də, fərdi məşqlə kifayətlənib. Rumıniyalı futbolçunun “Qəbələ”ylə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.

Müdafiədə bu qədər futbolçunun zədəsinin olmasına baxmayaraq, onların bəzilərinin iynə gücünə də olsa meydana çıxması gözlənilir.

Qeyd edək ki, Rasim Ramaldanov da zədəlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43