Ölkə futbolu

“Xəzər Lənkəran”da zədəlilərin son durumu: “Bakı” ilə matçda oynayacaqlarmı?

Azərbaycan Premye Liqasının 23-cü turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün toplanır.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Lənkəranda bir araya gələrək bu gündən növbəti turun “Bakı” ilə qarşılaşmasının hazırlığına başlayacaq.

Zədəli futbolçulardan Rasim Ramaldanov və Tural Cəlilovun müalicəsi davam edir və hər iki futbolçunun  matç gününə qədər hazır duruma gələcəyi ehtimal olunur.

Komanda 27 fevralda oyun öncəsi son məşqini əsas meydançada tamamlayıb matç saatını gözləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43