Ölkə futbolu

“Xəzər Lənkəran”dan ayrılan futbolçu: “Klub prezidenti məni yaxşı tanıyır”

"Xəzər Lənkəran"dan ayrılaraq ölkəsi Braziliyada "Quarani" klubu ilə müqavilə imzalayan  qapıçı Duqlas Leyte, artıq yeni klubunda ictimaiyyətə təqdim olunub.

O, mətbuat konfransında bunları deyib:

“Geri qayıdışımın təşəbbüskarı “Quarani” rəhbərliyi idi. Klub prezidenti məni yaxşı tanıyır. Bizim qayıdışımla bağlı söhbətimiz bir neçə dəqiqə çəkdi. Bunun üçün ona təşəkkür edirəm. Sevinirəm ki, “Quarani”yə qayıtdım. Komandadan ayrı olduğum müddətdə karyeramda həm yaxşı şeylər olub, həm də uğursuzluqlar. Əminəm ki, 2014-cü ildə hər şey bizim üçün yaxşı olacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43