Ölkə futbolu

“Xəzər Lənkəran”dan daha iki transfer: “Komanda 12 futbolçu ilə başlamayacaq!” (RƏSMİ AÇIQLAMA)

“Xəzər Lənkəran” ikinci dövrəyə 12 futbolçu ilə başlamayacaq. Əvəzedici heyətdə futbolçular var ki, adları əsas komandaya salınmayıb”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi daha iki futbolçunun da komandaya qoşulacağını bildirib:

“İlk dövrə “Rəvan”da çıxış etmiş iki futbolçu – hücumçu Tural Qürbətov və Vüqar Bəybalayev də komandaya qoşulacaq”.

Qeyd edək ki, Lənkəran klubu qış fasiləsində Asif Mirili, Orxan Səfiyaroğlu, Nodar Məmmədov, Ruslan Cəfərov və Vaqif Güləliyevi transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43