Kateqoriyasız

“Xəzər Lənkəran”dan gedəcək bir futbolçu müəyyənləşdi

“Xəzər Lənkəran”ı tərk edəcək bir futbolçunun adı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsümə iddialı komanda qurmağı planlaşdıran Cənub təmsilçisi Ağabala Ramazanovla yolları ayırmaq qərarına gəlib.

“Sumqayıt”ın da maraq dairəsində olan hücumçunun komandadan göndəriləcəyi dəqiqləşib.

“Ağ-yaşıllar2ın rəhbərliyi oyunundan və intizamsızlığındna narazı qaldığı futbolçunu yaxın günlərdə transferə çıxardacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43