Ölkə futbolu

“Xəzər Lənkəran”dan İK-in qərarına münasibət: “Arxamda müharibənin, savaşın nəyin baş verdiyini bilmirdim”

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının AFFA İntizam Komitəsi tərəfindən cəzalanmaması ilə bağlı Cənub klubunun da mövqeyini öyrəndik.

İdmanxeber.com-a danışan “ağ-yaşıllar”ın mətbuat xidmətinin rəhbəri bunları deyib:

“İlk gündən demişəm ki, Orxan bu hərəkəti edibsə, düzgün etməyib və cəzasını klub tərəfindən də alacaq. Sonra şəkil gündəmə gəldi. Komanda iki günlük istirahətdən sonra bu gün yenidən toplanıb. Orxan öz izahatında bizə bidlirib ki, onu ilk dəqiqələrədən söyüblər və o bunlara reaksiya verməyib. Daha sonra qoruduğu qapının arxasına səs bombaları atılıb və o da nəzarəti itirdiyini bildirib. Arxamda müharibənin, savaşın nəyin baş verdiyini bilmirdim. Əlimi aşağı salaraq mövcud duruma işarə etdim. Azarkeşlərə etmədim. Yoxsa əlimi yuxarı qaldırardım deyə qapıçımız fikirlərini bildirib. Yenə deyirəm bu Orxanın izahatıdı. Bu gün Dənizli gəldikdən sonra məsələ klub daxilində təkrarən müzakirə olunacaq. Məsələ bizim üçün qapanmayıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43