Ölkə futbolu

“Xəzər Lənkəran”dan Mbilla açıqlaması: Futbolçu “Rəvan”la oyunu buraxacaqmı?

"İnter"lə oyunda zədələnən Mbillanın Premyer Liqanın IX turunda "Rəvan"la oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı suala klubdan aydınlıq gətirməyə çalışdıq.

Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a verdiyi açıqlamada böyük ehtimalla Mabillanın "Rəvan"la oyunda meydana çıxmayacağını bildirib:

"Mbillanın ayağı bərk əzilib. O, məşqlərdə iştirak edə bilmir. Böyük ehtimalla Mbilla "Rəvan"la oyunu buraxacaq. Çünki, Mabilla ayağını belə tərpədə bilmir".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43