Ölkə futbolu

“Xəzər Lənkəran”dan Mircavadov açıqlaması

Bir müddətdir mətbuatda Ağasəlim Mircavadovun "Xəzər Lənkəran"a geri dönəcəyi xəbərləri yayılır. 

Bu xəbəri aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:

"Bu xəbərlərin hamısı yalandır. Elə bir şey yoxdu. Bilmirəm, bunu yayanların məqsədi nədir? Elə olsaydı, Toşakı "Makkabi" ilə oyundan sonra göndərərdik. Rəhbərlik ona gövənir".

İdmanxeber.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43