İdman

“Xəzər Lənkəran”dan növbəti hədəf: Cənub klubu “Olimpiakos”un sabiq üzvünü transfer edir

“Adanaspor”dan Mbilla Etameni heyətinə qatan “Xəzər Lənkəran”nən növbəti transferi Makedoniya millisinin üzvüdür.

 Bu, Vançe Şikovdu.

Müdafiə xəttində problemlər yaşayan lənkəranlıların balkanlını heyətinə qatacağı inandırıcı görünür. Karyerası ərzində “Ksanti”, “Olimpiakos”, “Kerkira” və “Apollon”un formasını geyinmiş 28 yaşlı müdafiəçinin son klubu Ukraynada “Volin”dı. Sərt oyunu ilə tanınan futbolçu Toşaka məhz Makedoniya yığmasından tanışdı. Uelsli mütəxəssis burda işlədiyi vaxtda Vançe onun sevimli oyunçularından olub.

“Volın”ın keçmiş vitse-kapitanı indiyə kimi Azərbaycana qarşı da oynayıb. Belə ki, 2010-cu ildə Avstriyada təlim-məşq toplanışında olan komandamız Makedoniyaya 1:3 hesabı ilə uduzduğu oyunda meydanda yer alıb. “Xəzər”ə keçəcəyi halda, cənubluların heyətində ikinci makedon olacaq. Nikola Qliqorovdan sonra.

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43