Ölkə futbolu

“Xəzər Lənkəran”dan növbəti rəsmi transfer

"Xəzər Lənkəran" gənc futbolçu Orxan Əliyevi heyətinə cəlb etdi.

Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"ın heyətinə keçib. 2,5 il ərzində bu klubun formasını geymiş Orxan "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb. Futbolçu artıq bu gündən etibarən komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq. (Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43