Kateqoriyasız

“Xəzər Lənkəran”dan Pit açıqlaması: “Onun bağışlanaraq komandada saxlanılması…”

“Pitə özünə klub tapmağı tapşırmışıq. Onunla bir çox klublar maraqlanıb. Ancaq real bir şey olmayıb”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi bildirib ki, Pitin geri dönüşü mümkünsüzdü:

“Toşakın istəyi ilə komandadan 4 futbolçu göndərildi ki, bunların içərisində də Pit var idi. Onun bağışlanaraq komandada saxlanılması inandırıcı deyil. Bu mümkünsüzdü”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43