Ölkə futbolu

“Xəzər Lənkəran”dan rəsmi açıqlama: “Bu rəhbərliyin verə biləcəyi qərardı”

Az öncə xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın göstərdiyi nəticələr klub rəhbərliyini necə deyərlər “boğaza yığıb”.

Futbolçuların cərimələnməci və Elnur Allahverdiyevin əsas heyətdən kənarlaşdırılması haqda verdiyimiz xəbərə klubdan münasibət öyrəndik. 

Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a verdiyi açıqlamada xəbəri nə təsdiq, nə də təkzib edib:

“Futbolçuların cərimələnməsi haqda informasiyaya malik deyiləm. Bu rəhbərliyin verə biləcəyi qərardı. Ola bilsin ki, cərimələnsinlər futbolçular və ya yox. Elnurun əsas heyətdən kənrlaşdırılması isə Toşakdan asılıdı. Qərarı baş məşqçimiz verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43